Mədəniyyət naziri maldivli həmkarı
ilə görüşüb
Mayın 13-də Azərbaycan Respublikasının mədəniyyət
naziri Adil Kərimli ilə “Şuşa – İslam
dünyasının mədəniyyət paytaxtı 2024” ilinin
rəsmi açılış mərasimi çərçivəsində
ölkəmizdə səfərdə olan Maldiv
Respublikasının Dhivehi dili, mədəniyyət və irs
naziri Adam Nasir İbrahim arasında görüş
keçirilib.
Nazir Adil Kərimli “Şuşa – İslam
dünyasının mədəniyyət paytaxtı 2024” ilinin
rəsmi açılış mərasimində
iştirakına görə qonağa təşəkkürünü
bildirib.
Azərbaycanın Şuşa şəhərinin
tarixi-mədəni zənginliklərindən söz açan
nazir bu qədim şəhərin xalqımıza bəxş
etdiyi görkəmli mədəniyyət və ədəbiyyat
xadimləri haqqında məlumat verib.
Adil Kərimli bu il Azərbaycanın qlobal əhəmiyyətli
tədbirə – BMT-nin İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyası Tərəflər
Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyini
diqqətə çatdırıb. Bildirib ki, COP29-da iqlim dəyişikliyinin
mədəniyyət sahəsinə təsiri, habelə ətraf
mühitin qorunmasında mədəniyyətin rolu məsələləri
ilə bağlı xüsusi müzakirələr
aparılacaq.
Adam Nasir İbrahim ölkəmizə səfərindən
məmnunluğunu bildirib, “Şuşa – İslam
dünyasının mədəniyyət paytaxtı 2024” ilinin
rəsmi açılışının yüksək səviyyədə
təşkilinə görə təbriklərini
çatdırıb.
Qonaq ölkəmizlə mədəni əməkdaşlıqda
maraqlı olduqlarını deyib, mədəniyyət günlərinin
təşkili ilə bağlı fikir mübadiləsi
aparılıb.
Mədəniyyət.- 2024.- 15 may, ¹37.- S.3.