“Xarıbülbül” festivalında
“Qarabağnamə” sərgisi
Rəssamlar doğma yurdu tərənnüm edirlər
“Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalı
çərçivəsində mayın 12-də Şuşada
“Qarabağnamə” adlı sərgi də təşkil edilib.
Şuşa Yaradıcılıq Mərkəzində
açılan sərgidə 23 rəssamın Qarabağın
tarixi, zəngin mədəniyyəti, məişəti,
xüsusilə də Şuşanın tarixi və
memarlığını əks etdirən əsərləri
nümayiş olunub.
Qarabağın tarixinə, füsunkar təbiətinə
boyalara həyat verən təsviri sənət
ustalarımızın “Laləzar körpüsü”,
“Saatlı məscidi”, “Azad Şuşa”, “Şuşa incisi”,
“Ana Vətən” və digər əsərləri
böyük maraq doğurub. Rəssamlar Azərbaycanın dilbər
guşəsi Qarabağa xüsusi həssaslıqla
yanaşıblar. Qarabağın tarixi şəxsiyyətləri,
başı qarlı dağları, çayları, dərələri
əsərlərdə çox təbii alınıb.
Sərgilənən əsərlərdə
Qarabağın musiqi sənəti, süfrə mədəniyyəti,
bayram coşqusu, milli mətbəxi kimi mövzular böyük
həvəslə canlandırılıb.
Əsərləri nümayiş etdirilən müəlliflər
öz sevinclərini bölüşərək
yaradıcılıqlarında bundan sonra da doğma, əziz
Qarabağımıza və onun baş tacı olan
Şuşaya xüsusi yer ayıracaqlarını bildiriblər.
Mədəniyyət.- 2024.- 15 may, ¹37.- S.5.