Mingəçevir
teatrı Zaqatala və Balakəndə qastrolda olub
Mədəniyyət Nazirliyinin dəstəyi ilə
teatrların ölkə ərazisində qastrol səfərləri
davam edir. 18-19 may tarixlərində Mingəçevir Dövlət
Dram Teatrının kollektivi iki səhnə əsəri ilə
Zaqatala və Balakən rayonlarında qastrolda olub.
Kollektiv hər iki rayonun balaca
tamaşaçıları üçün Abdulla Şaiqin
“Tıq-tıq xanım” əsəri əsasında rejissor
İlqar Rəhimovun səhnələşdirdiyi kukla
tamaşasını nümayiş etdirib. Bir neçə seans
göstərilən tamaşaya uşaqlar maraqla baxıblar.
Bundan əlavə, yaradıcı heyət Zaqatala və
Balakən rayonlarında yazıçı İsi Məlikzadənin
“Subaylarınızdan görəsiniz” komediyası əsasında
Xalq artisti Valeh Kərimovun quruluş verdiyi eyniadlı
tamaşanı təqdim edib. Komik hadisələrin maraqlı
mizanlarla təqdim olunduğu səhnə əsəri hər
iki rayonun tamaşaçılarının alqışları
ilə qarşılanıb.
Mədəniyyət.- 2024.-22 may, ¹38.- S.4.