“Gəncləşən muğam”ın növbəti konserti

 

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında “Gəncləşən muğam” layihəsinin növbəti konserti təqdim edilib. Tədbirdə rəsmilər, mədəniyyət və incəsənət xadimləri, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Konsertdə layihənin rəhbəri Xalq artisti Mənsum İbrahimov, Əməkdar artist Təyyar Bayramov, gənc xanəndələr Elsevər Muradov, Ülviyyə Sədaqət, Pərvaz İbrahimli, Fatimə Hüseynova, Elgiz Əliyev, Ayşən Mediyeva, Valid Abdullayev, Sədəf Budaqova, Xəyal Hüseynov, Xəyalə Qafarzadə, Günay İmamverdiyeva, Nurlan Namazov, Mirəli Sarızadə və Ülkər Abdullayeva çıxış ediblər.

Gecədə “Mənim Azərbaycanım”, “Şuşanın dağları”, “Küçələrə su səpmişəm”, “Qal, sənə qurban”, “Axtararsınız”, “Sarıbülbül”, “Xudayar təsnifi”, “Qarabağ”, “Yaşa, mənim xalqım!” mahnıları səsləndirilib.

 

Mədəniyyət.- 2024.-22 may, ¹38.- S.4.