Azər Zeynalov Gəncədə
çıxış edib
F.Əmirov adına Gəncə Dövlət
Filarmoniyasında Xalq artisti Azər Zeynalovun “Gəncəyə
gəlirəm” adlı solo konserti keçirilib.
Musiqili gecənin tamaşaçıları
arasında dövlət və hökumət rəsmiləri, mədəniyyət
və incəsənət xadimləri olub.
Sənətçi Emin Sabitoğlunun “Şükriyyə”,
“Gəncədən gəlirəm”, Tofiq Quliyevin “Bəxtəvər
oldum”, “Azərbaycan”, Rauf Hacıyevin “Leyla”, Siyavuş Kəriminin
“Ömrümün istəyi”, “Sənsizləmişəm”,
Sevil Əliyevanın “Əziz anam” və s. mahnıları ifa
edib.
Xalq artisti məlahətli ifası ilə
tamaşaçıların könlünü oxşayıb.
Mədəniyyət.- 2024.-22 may, ¹38.- S.4.