“Rənglərin
harmoniyası” – gənc rəssamın sənət
dünyası
Şirvan-Salyan RMİ və Biləsuvar Dövlət Rəsm
Qalereyasının birgə təşkilatçılığı
ilə gənc rəssam Lalə Hüseynovanın “Rənglərin
harmoniyası” adlı fərdi sərgisi açılıb.
Biləsuvar rayon Heydər Əliyev Mərkəzində
gerçəkləşən sərgidə rayonun icra
başçısı Faiq Qürbətov, Şirvan-Salyan
RMİ-nin rəisi Şahin Şahbazov, Milli Xalça Muzeyi və
Dövlət Rəssamlıq Akademiyasının nümayəndələri,
mədəniyyət müəssisələrinin əməkdaşları,
rəssamlar iştirak ediblər.
Çıxış edənlər Azərbaycan Rəssamlar
İttifaqının üzvü, Dövlət Rəssamlıq
Akademiyasının müəllimi Lalə Hüseynovanın rənglər
dünyasından söhbət açıbla.
Lalə Hüseynova sərginin təşkilinə
görə əməyi keçən hər kəsə təşəkkür
edib. Sonra sərgiyə baxış olub.
Salyan rayon Mədəniyyət Mərkəzinin Əməkdar
artist Həsənağa Sadıqov adına “Mahirlər” ailə
xalq ansamblının ifasında musiqilər səsləndirilib.
Mədəniyyət.- 2024.-22 may, ¹38.- S.4.