Muzeylər tarixlə
ünsiyyət məkanıdır
Bölgələrdə 18 may – Beynəlxalq Muzeylər
Günü münasibətilə müxtəlif səpkili tədbirlər
keçirilib.
Şirvan şəhər Mədəniyyət Mərkəzi
və “Pir Hüseyn Xanəgahı” Tarix-Memarlıq Qoruğunun
birgə təşkilatçılığı ilə
keçirilən tədbirdə əlamətdar günün
yaranması haqqında məlumat verilib, kompozisiyalar təqdim
edilib.
Şirvan Tarix-Diyarşünaslıq Muzeyində Vətən
müharibəsi qazisi Rəsul İsmayılovun dekorativ işlərindən
ibarət fərdi sərgisi keçirilib. Sərgidən sonra
qonaqlar muzeyin ekspozisiyası ilə tanış olublar.
Neftçala Tarix-Diyarşünaslıq Muzeyi
Xanoğlan Məmmədov adına Neftçala rayon Mədəniyyət
Mərkəzinin foyesində tədbir və sərgi təşkil
edib.
Əlamətdar günlə bağlı Hacıqabul
rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə
müxtəlif başlıqlı sərgilər izlənilib,
kompozisiyalar və musiqi nömrələri təqdim olunub.
***
Quba-Xaçmaz RMİ-nin təşkilatçılığı
ilə Quba rayon MKS Mərkəzi Kitabxanasının əməkdaşları
və bir qrup oxucu Quba Tarix-Diyarşünaslıq Muzeyində
ekskursiyada olublar. Muzey bələdçisi muzeyin fəaliyyəti
haqqında məlumat verib, zəngin tariximizi əks etdirən
eksponatlar haqqında danışıb.
Siyəzən rayon Heydər Əliyev Mərkəzində
“Muzey ünsiyyət yaradır” adlı tədbir keçirilib.
Çıxışlarda vurğulanıb ki, ölkəmizdə
muzey işinin inkişafı Ümummilli lider Heydər
Əliyevin adı ilə bağlıdır. Ümummilli lider tərəfindən
bu sahədə müəyyən edilmiş prioritetlər
Prezident İlham Əliyevin rəhbərliyində uğurla
davam etdirilir.
***
Dağlıq Şirvan RMİ və Basqal Dövlət
Tarix-Mədəniyyət Qoruğunun birgə təşkilatçılığı
ilə İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət
Mərkəzində Beynəlxalq Muzeylər Günü
münasibətilə tədbir keçirilib. Tədbirdə
qoruq tərəfindən Basqal kəlağayıları,
xalçalar, Basqal qəsəbəsinə aid kulinariya, mədəni
irs nümunələri və ağacoyma sənəti nümunələri
nümayiş etdirilib. Rayon Mədəniyyət Mərkəzinin
“Niyal” instrumental ansamblının konserti alqışlarla
qarşılanıb.
***
Beynəlxalq Muzeylər Günü ilə əlaqədar
Şəki-Zaqatala RMİ-nin tabeliyində fəaliyyət
göstərən müəssisələr tərəfindən
ekskursiyalar və tədbirlər həyata keçirilib.
Əlamətdar Günün tarixindən və əhəmiyyətindən
söz açılıb.
***
Bərdə Tarix-Diyarşünaslıq Muzeyində
“Dünənimizin, bu günümüzün və
sabahımızın carçıları” adlı tədbir təşkil
edilib. Çıxışlardan sonra Bərdə şəhər
1 nömrəli Uşaq incəsənət məktəbinin
müəllimləri tərəfindən bədii proqram təqdim
olunub.
***
Qazax-Tovuz RMİ-nin tabeliyində fəaliyyət
göstərən muzeylərdə Beynəlxalq Muzeylər
Günü münasibətilə “açıq qapı” elan
olunub. Aksiya çərçivəsində məktəb
kollektivlərinin, sakinlərin muzeylərə ekskursiyaları
təşkil edilib. Ziyarətçilərə muzeylərin fəaliyyəti,
rayonun və bölgənin tarixi haqqında ətraflı məlumat
verilib.
Ağstafa rayon Heydər Əliyev Mərkəzində
“Hər muzey bir abidədir” adlı tədbir keçirilib.
Bildirilib ki, gənc nəslin muzeyləri ziyarət etməsi
onların tarixi-mədəni irsimiz haqqında biliklərini
artırır, milli dəyərlərə məhəbbət
ruhunda formalaşmasına xidmət edir.
Şəmkir Tarix-Diyarşünaslıq Muzeyində
keçirilən tədbirdə muzeyin direktoru Cavanşir
Pirverdiyev məruzə ilə çıxış edib. Tədbirdə
Şəmkir rayon Uşaq musiqi məktəbi və rayon Mədəniyyət
Mərkəzinin birgə təşkilatçılığı
ilə ədəbi-bədii kompozisiya nümayiş olunub.
***
Əlamətdar günlə bağlı Lənkəran
şəhər Heydər Əliyev Mərkəzində
“açıq qapı” günü elan olunub. Lənkəran
rayonunun bir sıra ümumtəhsil məktəblərinin
şagirdləri, sakinlər və şəhərin
qonaqları mərkəzdəki ekspozisiyalarla tanış olublar.
Masallı Tarix-Diyarşünaslıq Muzeyi, rayon Heydər
Əliyev Mərkəzi və Lənkəran
Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı
ilə “Muzeylər, təhsil və tədqiqat” devizi altında
elmi-praktik konfrans keçirilib. “Muzeylər, təhsil və tədqiqat”
mövzusunda çıxış edən muzeyşünaslar
muzeylərin əhəmiyyətini vurğulayıblar.
Əlamətdar günlə bağlı Astara
Tarix-Diyarşünaslıq Muzeyində keçirilən tədbirdə
qeyd olunub ki, bu gün ölkəmizdə muzeylərin fəaliyyətinin
canlandırılması, muzey şəbəkələrinin
genişləndirilməsi sahəsində mühüm işlər
həyata keçirilir.
Mədəniyyət.- 2024.-22 may, ¹38.- S.4.