“Muğam mühazirələri”ndə
“Şur”dan danışılıb
Beynəlxalq Muğam Mərkəzinin (BMM) “Muğam
mühazirələri” layihəsinin növbəti konserti (17
may) “Şur” muğamına həsr olunub.
Konsertdən əvvəl BMM-in direktoru Əməkdar
artist Sahib Paşazadə layihənin aparıcısı,
tanınmış xanəndə, pedaqoq, Əməkdar incəsənət
xadimi Aqil Məlikovu dövlət
başçısının sərəncamı ilə
Prezidentin fərdi təqaüdünə layiq görülməsi
münasibətilə təbrik edib, yaradıcılıq
uğurları arzulayıb. Xanəndə sənətinə
göstərilən diqqətə görə dövlət
başçısına və Heydər Əliyev Fonduna dərin
təşəkkürünü bildirib.
Daha sonra muğam konserti şəklində təqdim
olunan ədəbi-bədii gecədə “Şur” muğamı
səslənib. Aqil Məlikovun bu muğamın xüsusiyyətləri,
şöbələrdə qəzəllərin bölünməsi,
rəng və təsniflər haqqında qənaətlərini
xanəndə Elbrus Niftəliyev və “Muğam” televiziya
müsabiqəsinin qalibləri Xətai Hacıyev və
Vüqar Əbilovun ifaları əvəzləyib. Xanəndələr
mühazirəni əyani şəkildə öz ifaları ilə
tamaşaçılara nümayiş etdiriblər. Onları
tarzən Rəşad İbrahimovun rəhbərliyi ilə
instrumental heyət müşayiət edib.
Ədəbi-musiqili gecə tamaşaçılar tərəfindən
maraqla qarşılanıb.
Mədəniyyət.- 2024.-22 may, ¹38.- S.5.