“Narkomaniya bəşəriyyətin
faciəsidir!”
Mayın 21-də Astara rayon Heydər Əliyev Mərkəzində
Mirzə Ələkbər Sabir adına şəhər 1
nömrəli, Cəfər Cabbarlı adına Kakalos kənd
tam orta məktəblərinin müəllim və şagirdlərinin
iştirakı ilə “Narkomaniya bəşəriyyətin faciəsidir!”
mövzusunda tədbir keçirilib.
Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova,
baş fond mühafizi Elza Kazımova bəşəriyyətin
bəlasına çevrilən narkomaniyanın fəsadları,
onunla mübarizə tədbirlərindən söz
açıblar.
Mövzu üzrə maarifləndirici videoçarx
nümayiş olunub. Şagirdləri maraqlandıran suallar
cavablandırılıb.
Sonda tədbir iştirakçıları mərkəzin
rəssamlıq dərnəyi üzvlərinin əl işlərindən
və elektron kitabxanasında saxlanılan kitablardan təşkil
olunmuş sərgiyə baxıblar.
Mədəniyyət.-2024.- 24 may, ¹39.- S.4.