Lənkəranda Məhəmməd
Füzulinin 530 illiyi münasibətilə tədbir
Lənkəran Dövlət Universitetində (LDU) Lənkəran-Astara
Regional Mədəniyyət İdarəsi (RMİ) ilə birgə
dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd
Füzulinin (1494–1556) 530 illik yubileyinə həsr olunmuş tədbir
keçirilib.
Lənkəran-Astara RMİ-nin rəisi Bəxtiyar
Qılıncov, LDU-nun rektoru professor Natiq İbrahimov,
universitetin müəllim və tələbə heyəti,
bölgənin incəsənət ustaları tədbirdə
iştirak ediblə.
Ədəbi-bədii gecədə Füzulinin əsərlərinə
bəstələnmiş musiqi nömrələri, şairin
yaradıcılığından seçmə nümunələr
universitet tələbələri və musiqiçilər tərəfindən
ifa edilib.
Sonra tələbələrin söz ustadının
yaradıcılığını əks etdirən əl
işlərindən ibarət rəsm sərgisinə
baxış olub.
Mədəniyyət.-2024.-
24 may, №39.- S.4.