“Musiqi kimliyimiz”də Aşıq Şəmşir yad edilib

 

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Mədəniyyət Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin (AAB) dəstəyi ilə həyata keçirdiyi “Musiqi kimliyimiz” layihəsində növbəti təqdimat olub.

Layihənin budəfəki təqdimatı XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, el havaları və dastanların mahir ifaçısı, Əməkdar incəsənət xadimi Aşıq Şəmşirin (1893–1980) xatirəsinə həsr olunub.

Layihənin ilk günü Gəncə şəhər Fikrət Əmirov adına 1 nömrəli Uşaq musiqi məktəbinin müəllim və şagirdləri, o cümlədən bir sıra aşıqların iştirakı ilə konsert proqramı təqdim olunub. Musiqi nömrələri tamaşaçıların alqışları ilə qarşılanıb.

Layihə çərçivəsində dastan axşamı və Aşıq Şəmşirə həsr olunmuş konfrans keçirilib. Konfransda AAB-nin sədri professor Məhərrəm Qasımlı,  birliyin Gəncəbasar filialının sədri Elbrus Hüseynov və aşıqlar çıxış ediblər.

Sonda Əməkdar mədəniyyət işçiləri Fətullah Əliyev, Əhliman Allahverdiyev, İlqar Əhmədov, Ədalət Dəlidağlı,  İbadət Allahverdiyev və digər aşıqların iştirakı ilə konsert proqramı təqdim olunub.

 

Mədəniyyət.-2024.- 24 may, ¹39.- S.4.