“Urbanda görüşərik” – gənc rəssamın sərgisi

 

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təqdim etdiyi “Urbanda görüşərik” layihəsi çərçivəsində gənc rəssam Jalə Namazovanın fərdi sərgisi keçirilib.

Sərgidə rəssamın kətan üzərində yağlı boya ilə işlənmiş, postimpressionizm cərəyanına aid 22 əsəri nümayiş etdirilib.

Müəllifin “Xarıbülbül”, “Qədim Gəncə qapıları”, “Karvan”, “Narlar”, “Heyvalar”, “Dəniz mənzərəsi”, “Balerina”, “Şamlar”, “Güllər”, “Dəyirman”, “İşıq”, “Gül və qadın”, “Xeyir və Şər” əsərləri sərgi iştirakçıları tərəfindən maraqla qarşılanıb.

 

Mədəniyyət.-2024.- 24 may, ¹39.- S.4.