“Yaradıcı müzakirələr”in
növbəti ünvanı Şəki olub
Mədəniyyət Nazirliyinin “Yaradıcı
müzakirələr” layihəsi davam edir. Ümummilli lider Heydər
Əliyevin 100 illiyi münasibətilə ötən il
başlanan layihə paytaxtda və regionlarda mədəniyyət
və yaradıcılıq sahələrində
bacarıqların inkişafını təşviq edən
maarifləndirici təşəbbüsdür.
Layihənin növbəti ünvanı Şəki
şəhəri olub. Mədəniyyət Nazirliyinin təşkilatçılığı
ilə 22-23 may tarixlərində Şəki Heydər
Əliyev Mərkəzində keçirilən tədbirdə
10-dan çox yaradıcı klaster üzrə seminar, ustad dərsləri,
tanınmış şəxslərlə görüş və
təlimlər təşkil olunub.
Sessiyalar kino, teatr, rəsm, dizayn,
xalçaçılıq, kulinariya, animasiya, virtual oyun
biznesi, yaradıcı startaplar, fotoqrafiya, musiqi, bədii
şüşə sənəti, dəb və digər mövzuları
əhatə edib.
Mədəniyyət.-2024.-
24 may, ¹39.- S.4.