Xalq artisti Yeganə Axundovanın Estoniyada konserti

 

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) prorektoru Xalq artisti, pianoçu Yeganə Axundova Estoniya paytaxtında konsert proqramı ilə çıxış edib.

Tallinn şəhərində Estoniya Musiqi və Teatr Akademiyasının böyük zalında keçirilən konsertdə yerli musiqiçilər Henri David Varema, Arvo Leibur, Toomas Vavilov və azərbaycanlı musiqiçi Humay Hacızadə də iştirak edib.

Konsert proqramında İ.Brahms, Q.Mahler, E.Magi, Ü.Hacıbəyli və F.Əmirovun əsərləri səsləndirilib. Xalq artisti görkəmli bəstəkarımız Fikrət Əmirovun fortepiano əsərləri toplusundan ibarət diskini Estoniya Musiqi və Teatr Akademiyasına hədiyyə edib.

Azərbaycanın Estoniyadakı səfiri Anar Məhərrəmov da tamaşaçılar arasında olub.

Yeganə Axundova beynəlxalq layihə olan “Erasmus+” proqramı ilə işçi müqaviləsi çərçivəsində Estoniya Musiqi və Teatr Akademiyasının Piano fakültəsinin tələbələrinə ustad dərsləri də keçib.

 

Mədəniyyət.-2024.- 24 may, №39.- S.5.