“Bir kərə yüksələn bayraq bir daha enməz!”

 

Mayın 23-də Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi və 1 nömrəli Uşaq-gənclər inkişaf mərkəzinin birgə təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş “Bir kərə yüksələn bayraq bir daha enməz!” adlı tədbir keçirilib.

Muzeydə təşkil olunan tədbirdə Dövlət himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın müstəqillik tarixindən bəhs edən məruzə dinlənilib, mövzu ilə bağlı videoçarx nümayiş olunub.

Tədbirin bədii hissəsində 1 nömrəli Uşaq-gənclər inkişaf mərkəzinin dərnək üzvləri şeirlər söyləyib, görkəmli dramaturq Cəfər Cabbarlının “Ədirnə fəthi” əsərindən səhnəcik göstəriblər. Vətənpərvərlik mövzusunda musiqi nümunələri səsləndirilib.

 

Mədəniyyət.-2024.- 24 may, ¹39.- S.2.