“Qaraca qız” yenidən Gənc Tamaşaçılar Teatrının səhnəsinə çıxır

 

 

Milli Gənc Tamaşaçılar Teatrında Azərbaycan ədəbiyyatının parlaq klassikləri – Süleyman Sani Axundovun və Abdulla Şaiqin “Qaraca qız” əsəri əsasında hazırlanan tamaşanın premyerası olacaq. Yeni yaradıcılıq işinin ilk nümayişi iyunun 2-də keçiriləcək.

Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, rejissoru Əməkdar artist Nofəl Vəliyev, rəssamı Nisə Hətəmova, musiqi tərtibatçısı İradə Muradovadır.

Tamaşada Əməkdar artistlər Qəmər Məmmədova, Elnur Hüseynov, Mehriban Abdullayeva, Gülər Nəbiyeva, aktyorlar Rəşad Səfərov, Ramiq Nəsirov, Xalidə Əliməmmədova, Zemfira Əbdülsəmədova, İradə Rəşidova, Ədalət Əbdülsəməd, Elgün Yəhyayev, Asya Atakişiyeva, Nəzrin Zeynalova, Anar Seyfullayev, Ramil Məmmədov, Könül Əbilova, Simuzər Ağakişiyeva, Zümrüd Quliyeva, Aygün Fətullayeva, Hilal Dəmirov, Mətləb Abuşov, Nuranə Hüseynova, Gülbəniz Lətifova, Yusif Dadaşov, Xaliq Bəkirov iştirak edirlər.

Qeyd edək ki, S.S.Axundovun “Qaraca qız” hekayəsi əsasında 1948-ci ildə şair, yazıçı Abdulla Şaiq məxsusi olaraq Gənc Tamaşaçılar Teatrı üçün eyniadlı pyes yazıb. Əsər sonralar ölkənin bir sıra teatrlarında da tamaşaya qoyulub. Bəstəkar Əşrəf Abbasov bu əsər əsasında Azərbaycanda uşaqlar üçün ilk balet (libretto müəllifi Əfrasiyab Bədəlbəyli) yaradıb. 1966-cı ildə “Qaraca qız” filmi də çəkilib.

 

Mədəniyyət.-2024.- 24 may, ¹39.- S.5.