“Boy çiçəyi” müəllifin
yubileyi münasibətilə nümayiş olunub
Xalq yazıçısı İlyas Əfəndiyevin
110 illiyi ilə əlaqədar Şuşa Dövlət Musiqili
Dram Teatrı “Boy çiçəyi” tamaşası ilə Azərbaycan
Teatr Xadimləri İttifaqının səhnəsində
çıxış edib. Səhnə əsəri Mədəniyyət
Nazirliyi və Azərbaycan Teatr Xadimləri
İttifaqının (ATXİ) təşkilatçılığı
ilə reallaşan “Qonaq teatr” layihəsi çərçivəsində
təqdim olunub.
Tamaşadan əvvəl ATXİ-nin məsul katibi Aida
Qafarova və Xalq artisti Mərahim Fərzəlibəyov
çıxış edərək İlyas Əfəndiyevin
yaradıcılıq yolundan, milli teatr sənətimizə bəxş
etdiyi əsərlərdən söhbət açıblar.
Sonra tamaşa nümayiş olunub.
“Boy çiçəyi” (sonradan “Sən həmişə
mənimləsən” adı ilə məşhurlaşıb)
pyesinin yazılmasından 60 il vaxt keçməsinə
baxmayaraq, əsər bu gün də sevilir,
tamaşaçı zövqünü oxşayır.
Nümayişdən sonra tamaşanın
quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimov
və iştirakçılar –
Əməkdar artistlər Nazir Rüstəmov, Azad Məmmədov,
aktyorlar Zəhra Salayeva və Püstəxanım Zeynalova
ATXİ-nin fəxri fərmanları ilə təltif olunublar.
İlyas Əfəndiyevin yubileyi münasibətilə
“Boy çiçəyi” tamaşası mayın 26-da
Şuşa teatrının öz səhnəsində də
oynanılacaq.
Mədəniyyət.-2024.-
24 may, ¹39.- S.5.