Kopenhagendə Azərbaycanın
Müstəqillik Günü münasibətilə konsert
Danimarkanın paytaxtı Kopenhagendəki tarixi “Odd
Fellow” sarayında 28 May – Azərbaycan Respublikasının
Müstəqillik Günü münasibətilə tədbir
keçirilib.
Ölkəmizin səfirliyi tərəfindən təşkil
edilmiş tədbirdə Əməkdar artist,
tanınmış pianoçu Emil Əfrasiyab Əməkdar
artist İsgəndər Ələsgərov və Elvin Nəbiyevlə
birgə caz triosu ilə konsert verib.
Əvvəlcə səfir Zaur Əhmədov
çıxış edərək Azərbaycanın
keçdiyi inkişaf yolu, Danimarka ilə ikitərəfli əlaqələrin
inkişafı, bu ilin noyabr ayında ölkəmizdə
keçiriləcək BMT-nin İqlim Dəyişmələri
üzrə Çərçivə Konvensiyası Tərəflər
Konfransının 29-cu sessiyası (COP29) haqqında söz
açıb.
Danimarka Xarici İşlər Nazirliyinin Avropa
qonşuluğu üzrə direktoru Henrik Vinter Azərbaycanın
Müstəqillik Günü münasibətilə təbriklərini
çatdırıb.
Sonra Emil Əfrasiyabın triosu caz kompozisiyalarından
ibarət musiqi çələngi təqdim edib. Onların
çıxışı alqışlarla
qarşılanıb.
Tədbirdə Danimarkanın dövlət qurumları
və ictimaiyyətin nümayəndələri, bu ölkədə
akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri,
Azərbaycan və türk diasporunun üzvləri iştirak
ediblər.
Mədəniyyət.-2024.-
24 may, ¹39.- S.8.