Avtomatlaşdırılmış kitabxana sistemi üzrə treninqə qatılanlara sertifikat verilib

 

 

Mayın 20-dən 23-dək Azərbaycan Milli Kitabxanasında Abşeron-Xızı və Şərqi Zəngəzur Regional Mədəniyyət idarələrinin (RMİ) tabeliyində olan MKS-lərin mütəxəssisləri üçün keçirilmiş KOHA Avtomatlaşdırılmış Kitabxana-İdarəetmə Sisteminin tətbiqi ilə əlaqədar treninqin müdavimlərinə sertifikatlar təqdim olunub.

Kitabxanadan bildirilib ki, treninqdə Abşeron-Xızı RMİ-nin tabeliyində olan Sumqayıt şəhər, Abşeron və Xızı rayon MKS-lər və Şərqi Zəngəzur RMİ-nin tabeliyində olan Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan MKS-dən ümumilikdə 8 mütəxəssis iştirak edib.

Milli Kitabxananın direktoru Kərim Tahirov KOHA proqramının perspektivləri haqqında danışıb, treninqə qatılmış mütəxəssislərə uğurlar arzulayıb.

Treninq çərçivəsində müdavimlərə proqramın ümumi quruluşu, modulları, ayrı-ayrı bölmələri, eləcə də bütün iş funksiyaları tədris olunub.

 

Mədəniyyət.-2024.- 24 may, №39.- S.2.