Bakı Dövlət Sirki Saatlıda

 

Bakı Dövlət Sirki 1­iyun Beynəlxalq Uşaqları Müdafiə Günü ilə əlaqədar Saatlı rayon Mədəniyyət Mərkəzində şou proqramla çıxış edib.

Şən klounlar, illüziyaçı və aktrobatlar, əhliləşdirilmiş itlər, halqalarla rəqs edən göyərçinlərlə təqdim  olunan proqram maraqla qarşılanıb.

Şəhid övladlarının da izlədiyi şouda bir-birindən maraqlı, orijinal çıxışlar və nömrələr balacalarda unudulmaz təəssürat yaradıb.

 

Mədəniyyət.- 2024.- 31may, №40.- S.4.