Şuşa teatrı
“Boy çiçəyi”ni Qubada göstərib
Şuşa Dövlət Musiqili Dram Teatrı Xalq
yazıçısı İlyas Əfəndiyevin “Boy
çiçəyi” lirik-psixoloji dramı əsasında
hazırlanmış tamaşa ilə qubalı teatrsevərlərin
qonağı olub.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba
filialında təqdim olunan tamaşanın quruluşçu
rejissoru Əməkdar artist Loğman Kərimov,
quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı
isə Azad Məmmədovdur.
ADPUnun Quba filialının direktoru Yusif Alıyev
bildirib ki, tamaşa Xalq yazıçısı, dramaturq
İlyas Əfəndiyevin anadan olmasının 110 illiyi ilə
əlaqədar nümayiş olunur.
Səhnə əsərində Əməkdar artistlər Nazir Rüstəmov və
Azad Məmmədov, həmçinin Zəhra Salayeva və
Püstəxanım Zeynalova rol alıblar.
Tamaşa tələbə və müəllim
kollektivi tərəfindən maraqla qarşılanıb.
Mədəniyyət.- 2024.- 31 may, ¹40.- S.4.