Şamaxıda mədəniyyət
işçisinin yubileyi qeyd edilib
Şamaxı rayon Mədəniyyət Mərkəzində
Əməkdar mədəniyyət işçisi Fatmaxanım
Quliyevanın 80 illik yubileyi münasibətilə tədbir
keçirilib.
Əvvəlcə yubilyarın həyat və fəaliyyətinə
həsr olunmuş videoçarx nümayiş olunub.
Şamaxının icra başçısı Tahir Məmmədov,
Milli Məclisin deputatı Tamam Cəfərova və
başqaları F.Quliyevanın ömür yolundan və fəaliyyətindən
danışıblar.
Yubilyara fəxri fərmanlar və hədiyyələr
təqdim olunub. F.Quliyeva fəaliyyətinə verilən dəyərə
görə tədbirin təşkilatçılarına və
iştirakçılara minnətdarlığını
bildirib.
Bədii hissədə rayonun incəsənət
kollektivləri nümayəndələrinin ifasında konsert
proqramı təqdim olunub.