Qəmbər
Hüseynlinin xatirəsinə
Fikrət Əmirov adına Gəncə Dövlət
Filarmoniyası “Gəncə və gəncəlilər” layihəsini
növbəti dəfə təqdim edəcək. Layihənin
budəfəki təqdimatı görkəmli bəstəkar,
Əməkdar incəsənət xadimi Qəmbər
Hüseynliyə (1916–1961) həsr olunacaq.
İyunun 1də bəstəkarın əziz xatirəsinə
həsr olunmuş “Ay işığında” adlı konsert
proqramı keçiriləcək.
Gecədə bəstəkarın “Ay
işığında”, “İlk məhəbbət”, “Tel nazik”,
“Tellər oynadı”, “Çeşmə başında”,
“Düşər yadıma”, “Gecələr uzanaydı”,
“Dolanım başına” və digər mahnıları səsləndiriləcək.
***
Gəncə Dövlət Filarmoniyası 30 may – 1 iyun
tarixlərində Qəmbər Hüseynli adına “Cücələrim”
uşaq festivalı da keçirir. Filarmoniyadan bildirilib ki, Gəncə-Daşkəsən
Regional Mədəniyyət və Təhsil idarələrinin təşkilatçılığı
ilə reallaşan festivalın əsas məqsədi
uşaqların musiqi dünyasının zənginləşdirilməsi,
uşaq mahnılarını təbliğ etməkdir.