Kitabxanada Xalq yazıçısının 110 illiyi münasibətilə tədbir

 

Quba-Xaçmaz RMİ-nin təşkilatçılığı ilə Quba rayon MKS-nin Mərkəzi Kitabxanası tərəfindən oxu zalında “Azərbaycan ədəbiyyatının İlyas Əfəndiyev zirvəsi” adlı tədbir keçirilib.

Tədbir Xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin (1914–1996) anadan olmasının 110 illiyinə həsr edilib.

Çıxışlarda bildirilib ki, milli­mənəvi dəyərlərə hörmət İlyas Əfəndiyev yaradıcılığının əsas qayəsini təşkil edib. Onun yaradıcılığı üçün səciyyəvi cəhətlərdən biri cazibəli, təbii və canlı bir dildə yazması olub.

Tədbirdə tələbələrin ifasında ədibin“Xurşidbanu Natəvan” pyesindən səhnə təqdim olunub. İştirakçılar “İlyas Əfəndiyev – 110” adlı sərgiyə baxıblar.

 

Mədəniyyət.- 2024.- 31 may, ¹40.- S.4.