Müstəqillik – xalqın milli sərvəti

 

Bölgələrdə 28 May – Müstəqillik Günü və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 106-cı ildönümü ilə əlaqədar müxtəlif səpkili tədbirlər keçirilib.

Quba-­Xaçmaz RMİ­nin təşkilatçılığı ilə Quba rayon MKS­nin Mərkəzi Kitabxanası tərəfi dən oxu zalında “Müstəqillik milli sərvətimizdir” adlı tədbir keçirilib. Tələbələr Vətənə, Ulu öndərə, müstəqilliyə həsr olunmuş şeirlər səsləndiriblər. Tədbirin sonunda “Müstəqilliyimiz əbədidir” adlı sərgiyə baxış olub.

Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzində “Müstəqillik ruhu yerli yazarların qələmində” adlı dəyirmi masa keçirilib. Bildirilib ki, müsəlman Şərqində ilk demokratik dövlət quruluşunu yaratmış xalqımız müstəqillik əzmini dünyaya nümayiş etdirib. Sonda müstəqilliyimizə həsr edilən videoçarx nümayiş olunub.

***

Əlamətdar gün münasibətilə Şəki­-Zaqatala RMİ və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.

Tədbirin bədii hissəsində Şəki şəhər Uşaq incəsənət məktəbi kollektivinin ifasında Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Uvertüra”, “Cəngi”, Cahangir Cahangirovun “İncəlik rəqsi”, Süleyman Ələsgərovun “Vətənimdir”, “Bilsəm sən gəlirsən”, Eldar Rəcəbovun “İlham Heydər oğlu” və “Qarabağ yallısı” kimi bəstəkar və xalq mahnıları səsləndirilib, milli rəqs nümunələri nümayiş olunub.

***

Ağdaş rayon Heydər Əliyev Mərkəzində Müstəqillik Gününə həsr olunan dəyirmi masa təşkil edilib. Çıxışlarda Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən söz açılıb. Vurğulanıb ki, Cümhuriyyətin yadigarı kimi üçrəngli bayrağımızın bu gün işğaldan azad olunmuş ərazilərdə dalğalanması Prezident İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir.

***

Ağcabədi rayon Hacıbədəlli kənd Uşaq musiqi məktəbinin müəllim və şagird kollektivi Müstəqillik Günü münasibətilə tədbir keçirib. Tədbirdə Müstəqillik Gününə həsr olunmuş mahnılar səsləndirilib, məktəbin “Fidanlar” rəqs qrupu rəqs nümunələrini təqdim edib.

Ağdam rayon Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyində (Mahrızlı kəndi) rayon Tarix­Diyarşünaslıq Muzeyi ilə birgə “Müstəqilliyimiz əbədidir” adlı tədbir keçirilib. Çıxış edənlər Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, Müstəqillik Günü və Ulu öndər Heydər Əliyevin müstəqil dövlətçiliyimizin qorunub saxlanılmasında misilsiz xidmətlərindən danışıblar. Tədbirin sonunda qonaqlar muzeyin eksponatları ilə tanış olublar.

***

Şərqi Zəngəzur RMİ­nin tabe müəssisələrində də Müstəqillik Gününə həsr olunan silsilə tədbirlər keçirilib. Tədbirlərdə ilk Cümhuriyyətimizin yaranma tarixi, qısa zamanda və çətin şəraitdə dövlət quruculuğu sahəsində görülən işlərdən söz açılıb, konsert proqramları təqdim olunub.

***

İmişli rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı, rayonun Qaragüvəndikli kənd klubu və Şahin Məmmədov adına Qaragüvəndikli kənd tam orta məktəbinin dəstəyi ilə “El bilir ki, sən mənimsən” adlı bayram konserti keçirilib. Rayonun mədəniyyət və incəsənət nümayəndələrinin ifasında vətənpərvərlik ruhunda mahnılar səsləndirilib, rəqslər ifa olunub, şeirlər qiraət edilib.

***

Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran­Astara regional nümayəndəliyi ilə birgə “Azərbaycanın dövlətçilik tarixində Cümhuriyyətin rolu” adlı tədbir keçirilib.

Oqtay Kazımi adına Astara şəhər Uşaq musiqi məktəbində “Təbiəti dilləndirən musiqi” adlı konsert proqramı təşkil edilib. Şagirdlərin ifasında rəqslər, mahnılar təqdim olunub, Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri səsləndirilib.

Masallı rayon Mərkəzi Kitabxanasının Çaxırlı kənd kitabxana filialında Müstəqillik Gününə həsr olunmuş kitab sərgisi təşkil olunub.

Lerik rayon Heydər Əliyev Mərkəzi və Lerik şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyasının birgə keçirdiyi tədbirdə şagirdlərin ifasında vətənpərvərliyi tərənnüm edən şeirlər səsləndirilib. Sonda “İstiqlaliyyət” adlı sənədli film nümayiş olunub.

***

Salyan rayon Mədəniyyət Mərkəzində keçirilən dəyirmi masada Azərbaycanın dövlətçilik tarixində silinməz iz qoymuş ilk Cümhuriyyətimizin yaranmasından, o dövrün ictimai, siyasi, eləcə də mədəni hadisələrindən bəhs olunub.

Hacıqabul rayon Heydər Əliyev Mərkəzində “Ümummilli lider Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinə verdiyi tarixi qiymət” adlı dəyirmi masa təşkil edilib. Natiqlər Müstəqillik Gününün tarixindən, Ulu öndərin Cümhuriyyət mirasına verdiyi yüksək dəyərdən söz açıblar. Tədbirin sonunda bu əlamətdar günə həsr olunan sənədli film nümayiş etdirilib.

Şirvan şəhərinin, Biləsuvar və Neftçala rayonlarının mədəniyyət müəssisələrində də əlamətdar günə həsr olunan tədbirlər, dəyirmi masalar və sərgilər təşkil edilib.

***

Şəmkir rayon Heydər Əliyev Mərkəzində Müstəqillik Günü ilə bağlı konfrans keçirilib. Çıxışlarda 1918­ci il mayın 28­də Azərbaycan xalqının müstəqillik ideallarının reallığa çevrilməsindən, cəmi 23 ay fəaliyyət göstərmiş Cümhuriyyətin həyata keçirdiyi islahatlardan söz açılıb.

Tovuz rayon Heydər Əliyev Mərkəzində “Müstəqilliyimiz əbədidir” mövzusunda tədbir təşkil edilib. Bildirilib ki, Müstəqillik Günü hər bir Azərbaycan vətəndaşının qürur günüdür. Tədbir iştirakçıları kitab sərgisi ilə tanış olub, mövzu ilə bağlı film izləyiblər. Təqdim olunan bayram konserti tamaşaçıların könlünü oxşayıb.

 

Mədəniyyət.- 2024.- 31 may, ¹40.- S.4.