Tələbələrin
Musiqi Mədəniyyəti Dövlət Muzeyində konserti
Mayın 29-da Azərbaycan Musiqi Mədəniyyəti
Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil-Muzeyində
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının
təşkilatçılığı ilə Müstəqillik
Günü münasibətilə konsert keçirilib.
Konsertdən öncə Musiqi Mədəniyyəti
Dövlət Muzeyinin şöbə müdiri Xanım Abdinova
giriş sözü söyləyib. Sonra Dövlət Himni səsləndirilib.
“28 May Müstəqillik Günüdür” adlı
videoçarx nümayiş olunub.
Daha sonra Ü.Hacıbəyli adına Bakı Musiqi
Akademiyası Metodika və xüsusi pedaqoji hazırlıq
kafedrasının musiqi müəllimliyi şöbəsi tələbələrinin
ifalarında Azərbaycan və dünya klassiklərinin əsərlərindən
ibarət rəngarəng musiqi proqramı təqdim edilib.