“Aşıq dastanları”nın ilk
cildi işıq üzü görüb
Azərbaycan Aşıqlar Birliyində (AAB) nəşrə
hazırlanan “Aşıq dastanları” kitabının ilk cildi
çapdan çıxıb.
AABnin katibi Əməkdar mədəniyyət
işçisi Musa Nəbioğlu bildirib ki, təqdim olunan
dastanlar son illərdə ustad aşıqların
repertuarından yazıya alınıb. Bu nəşrin əvvəlkilərdən
fərqi ondadır ki, təqribən otuza yaxın dastanı əhatə
edəcək antologiyada XXI əsrin ilk rübündə
sazsöz aləmində xidmətləri olan Arif (Əlövsət)
Əsgərov, Hüseyn Qoşqarlı, Məmməd
Bozalqanlı, Ürfan Əli, Nəbi Nağıyev, Altay Məmmədli,
Nazim Bahadıroğlu, Elbrus Hüseynov, Şöhrət Kərimov,
Elməddin Məmmədli, Ağamurad Şirvanlı, Elman
Talıstanlı, Babək Şakirli, Nizami Şirinov, Gəncəli
Babayev, Vüqar Qurbanov, Şəhriyar Kərimov və
başqa sənətkarların canlı ifasından yazıya
alınaraq lüğət və şərhlərlə
birlikdə oxuculara təqdim olunur.
Antologiyanın birinci cildində “Abbas və Gülgəz”,
“Qurbani”, “Xəstə Qasım”, “Şahismayıl və
Gülzar”, “Leyli və Məcnun”, “Vaqif”, “Aşıq Qərib”,
“Tahir və Zöhrə” və “Yəhya bəy Dilqəm və
Telli xanım” dastanları yer alıb.
Kitabın elmi redaktoru AABnin sədri Əməkdar elm
xadimi, professor Məhərrəm Qasımlı, nəşrə
hazırlayanlar filologiya elmləri doktoru Mahmud Allahmanlı,
Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu
və filologiya üzrə fəlsəfə doktoru Altay Məmmədli,
redaktoru filologiya üzrə fəlsəfə doktoru Aynur Xəlilovadır.
Mədəniyyət.-
2024.- 31 may, ¹40.- S.3.