Musiqi məktəbinin 45 illiyi qeyd olunub

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən M.Maqomayev adına 26 nömrəli onbirillik Musiqi məktəbinin yaradılmasının 45 illiyinə həsr olunmuş konsert keçirilib.

Azərbaycan Dövlət Akademik Filarmoniyasında təşkil olunan konsertdə mədəniyyət işçiləri, musiqi və incəsənət məktəblərinin direktorları və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə təhsil ocağının yaranma tarixi, fəaliyyəti və uğurları haqqında məlumat verilib.

Sonra konsert proqramı təqdim olunub. Məktəbin respublika və beynəlxalq müsabiqələr laureatları olmuş şagirdləri Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini, həmçinin xalq mahnılarımızı səsləndiriblər.

Şagirdləri Mustafa Mehmandarovun dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edib.

 

Mədəniyyət.- 2024.- 31 may, №40.- S.3.