“Sənsiz”
Qazaxıstana gedir
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı 3–9
iyun tarixlərində Qazaxıstanda keçiriləcək
postsovet ölkələri gənclərinin V Teatr Forumunda
iştirak edəcək.
Teatrşünaslar, dramaturqlar və teatr rəssamlarının
qatılacağı forumda gənc rejissorlar da öz
tamaşalarını təqdim edəcəklər. Forumda Azərbaycanı
gənclərdən Cavid Zeynallı, Dağlar Yusif, Abdulla
Elşadlı, Sahib Əhmədov, Səbinə Haqverdiyeva,
Elmira Üzeyirova və Fərəh Quliyeva təmsil edəcəklər.
Forumda (7 iyun) K.Kujamyarov adına Dövlət Musiqili
Komediya Teatrında Akademik Milli Dram Teatrının “Sənsiz”
tamaşası nümayiş olunacaq.
Yazıçı-dramaturq Şıxəli Qurbanovun “Sənsiz”
pyesi əsasında hazırlanan tamaşanın
quruluşçu rejissoru Nihad Qulamzadə, bəstəkarı
Vüqar Babayev, rəssamı Vüsal Rəhim, işıq
üzrə rəssamı Rafael Vaqifoğlu, rejissor assistentləri
Xanım Həsənova və Könül Kərimovadır.
Rolları Xalq artisti Mehriban Zəki (Sevinc), Əməkdar artist
Füzuli Hüseynov (Tərlan), aktyorlar İlahə Həsənova
(Maral), Elçin Əfəndi (Fərhad), Elsevər Rəhimov
(gənc Tərlan), Lalə Süleymanova (gənc Sevinc)
canlandırırlar.
Forum çərçivəsində Beynəlxalq Teatr
İttifaqları Konfederasiyasının görüşü də
keçiriləcək. Görüşdə Azərbaycan Teatr
Xadimləri İttifaqının sədri vəzifəsini icra
edən Xalq artisti Hacı İsmayılov iştirak edəcək.
Mədəniyyət.-
2024.- 31 may, ¹40.- S.5.