Göyçə aşıq məktəbinin
dünəni və bu günü səhnədə
Mayın 29-da Heydər Əliyev Sarayında
“Göyçə aşıq məktəbi – dünən və
bu gün” adlı konsert keçirilib. Konsert Qərbi Azərbaycan
İcması və “Ulu Göyçə” şirkətinin təşkilatçılığı,
“Dalğa” qrupunun rəhbəri, Göyçə aşıq
məktəbinin davamçılarından olan Çingiz
Mehdipurun bədii rəhbərliyi ilə gerçəkləşib.
Konsertdən əvvəl qonaqlar foyedə Qərbi Azərbaycanın
tarixi və mədəni irsini, 1987– 91ci illərdə Ermənistan
SSRdən deportasiya edilmiş soydaşlarımızın
qaçqınlıq həyatını əks etdirən fotosərgi
ilə tanış olublar. Sərgidə Göyçə
mahalının Qaraqoyunlu kəndinin 3D formatında
yığılmış maketi (müəllif Bəxtiyar Qəhrəmanov)
də nümayiş olunub.
Tədbirdə Göyçə aşıq məktəbi,
onun yetişdirdiyi görkəmli simalar, ustadlar barədə məlumat
verilib. Ermənistanın uzun illər azərbaycanlılara
qarşı apardığı etnik təmizləmə siyasətinin
UNESCOda Bəşəriyyətin QeyriMaddi Mədəni
İrsinin Reprezentativ Siyahısına daxil edilmiş Azərbaycan
aşıq sənətinin mühüm bir qolu olan
Göyçə aşıq məktəbinə necə
böyük zərbə vurduğu diqqətə
çatdırılıb. Bildirilib ki, bununla belə,
Göyçə aşıq məktəbinin
davamçıları və təəssübkeşləri
ozanaşıq sənətinin minillik ənənələrini
yaşadırlar.
Konsertdə aşıqlar Ramin Qarayev, Nazim Quliyev,
Əli Zeynalabdinov, Xatirə Məmmədxanlı, Əfsanə
Kərimova, Ayşən Mehdiyeva, Salar Mehdipur, Əli Novruzi,
Çingiz Mehdipur, Nəbi Nağıyev, eləcə də
Xalq artistləri – xanəndə Alim Qasımov, vokalçı
Samir Cəfərov, Əməkdar artist Fərqanə
Qasımova, xanəndə Mirələm Mirələmov və
başqaları çıxış ediblər. Göyçə
aşıq sənəti, Qərbi Azərbaycan saz havaları
tamaşaçılara xoş təəssürat bəxş
edib.
Mədəniyyət.-
2024.- 31 may, ¹40.- S.3.