Qazaxıstanın
“Turan” ansamblından istiqlal bayramımıza töhfə
Mayın 28-də Beynəlxalq Muğam Mərkəzində
Türk Mədəniyyəti və İrsi Fondu (TMİF) tərəfindən
Azərbaycan Respublikasının Müstəqillik Gününə
həsr olunan konsert proqramı təqdim olundu.
Konserti izləyənlər sırasında mədəniyyət
nazirinin müavini Səadət Yusifova, ölkəmizdə fəaliyyət
göstərən diplomatik korpusun nümayəndələri və
tanınmış incəsənət xadimləri var idi.
Əvvəlcə TMİFin prezidenti Aktotı Raimkulova
çıxış edərək Müstəqillik
Günü münasibətilə təbriklərini
çatdırdı, ölkəmizə sülh və əminamanlıq
arzuladı. Bildirdi ki, bir gün əvvəl (27 may) Nizami Kino Mərkəzində
fond tərəfindən Azərbaycanın Müstəqillik
Günü münasibətilə daha bir tədbir –
Qarabağın görkəmli şəxsiyyətlərinin təsvirlərinin
ipək yaylıqların üzərində əks olunduğu
“Qarabağın cizgiləri” adlı sərgi və TMİFin
layihəsi üzrə 2022ci ildə çəkilən,
Qarabağ xanının son varisi Xurşidbanu Natəvana həsr
olunan “Şuşanın tək incisi” filminin təqdimatı
keçirilib.
Sonra Qazaxıstanın “Turan” folkloretnoqrafik
ansamblının iştirakı ilə konsert təqdim olundu.
Konsert TMİF və Roza Baqlanova adına “Qazaxkonsert” Dövlət
Akademik Konsert Təşkilatının birgə təşkilatçılığı
ilə keçirilirdi.
Proqramda həm qrupun repertuarından tanış
kompozisiyalar, həm də yeni əsərlər təqdim
olundu.
Ansambl ilk olaraq Dədə Qorquda həsr olunan əsəri
səsləndirdi. Türk xalqlarının qəhrəmanlıq
dastanlarından nümunələr, eləcə də Azərbaycan
xalq mahnılarının yer aldığı proqram
tamaşaçıların böyük alqışları ilə
qarşılandı. Konsertin finalında “Ər Turan” (“Türk
Kanı”) əsəri ifa olundu.
Qeyd edək ki, 2008ci ildə Almatı şəhərindəki
Kurmanqazı adına Qazax Milli Konservatoriyasında yaradılan
“Turan” qrupu qısa müddətdə Qazaxıstanla
yanaşı, geniş Türk dünyası
coğrafiyasında populyarlıq qazanıb.
“Turan” ansamblı fəaliyyəti dövründə
dünyanın yüzdən çox şəhərində
konsertlər verib. Kollektiv ötən ilin dekabrında da
Bakıda çıxış etmişdi.
L.Azəri
Mədəniyyət.-
2024.- 31 may, ¹40.- S.3.