Budapeştdə Xalq
rəssamı Arif Hüseynovun sərgisi
Budapeşt şəhərindəki Yunus Əmrə
İnstitutunda Azərbaycanın UNESCO üzrə Milli
Komissiyasının dəstəyi, Macarıstandakı səfirliyimizin
və Azərbaycan-Macarısan Dostluq Cəmiyyətinin təşkilatçılığı
ilə Xalq rəssamı Arif Hüseynovun fərdi sərgisi
keçirilir.
Mayın 27-dən 31-dək davam edən sərgidə
rəssamın “Qarabağnamə” silsiləsindən qrafik
əsərləri nümayiş olunur.
Sərginin açılışında Azərbaycanın
Macarıstandakı səfiri Tahir Tağızadə
ölkələrimiz arasında mədəniyyət sahəsində
əməkdaşlıqdan bəhs edib.
Arif Hüseynov sərgi barədə məlumat verib.
Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev isə
rəssamın yaradıcılığından söz
açıb.
Macarıstanda akkreditə olunmuş diplomatik korpusun
nümayəndələrinin, bu ölkədəki Azərbaycan
diasporu təmsilçilərinin iştirak etdiyi tədbirdə
Arif Hüseynovun əsərləri əsasında lentə
alınmış “Qarabağnamə” adlı sənədli
film də nümayiş etdirilib.