Venesiya Biennalesində Azərbaycan
pavilyonu maraqla ziyarət olunur
“La Biennale di Venezia” – Venesiya Biennalesi müasir incə-
sənət sahəsində dünyanın ən nüfuzlu
beynəlxalq sərgilərin- dəndir. 1895-ci ildə əsası
qoyulan sərgi İtaliyanın Venesiya şəhərində
hər iki ildən bir keçirilir.
Biennale dünyanın hər yerindən müasir incəsənəti
təbliğ etmək və nümayiş etdirmək
üçün yaradılıb. Beynəlxalq sərgi vizual
in- cəsənət, memarlıq, kino, rəqs, musiqi və
teatr da daxil olmaqla, geniş bədii sahələri əhatə
edir.
Bu il aprelin 20də açılan 60-cı Venesiya
Biennalesi “Əcnəbilər hər yerdədir”
şüarı ilə keçirilir. Biennalenin kuratoru Adriano
Pedrosun bildirdiyinə görə, bu mövzu təsadüfən
seçilməyib. Bu gün
insanların müxtəlif ölkələrə
köçməsi ilə fərqliliklər və çətinliklərlə
müşayiət olunur. “Əcnəbilər hər yerdədir”
ifadəsi iki məna daşıyır. Birincisi, hara getməyimizdən
asılı olmayaraq hər yerdə əcnəbilərlə
rastlaşırıq. İkincisi, istənilən yad bir yerə
getsək, orada əcnəbiyik. Venesiya Biennalesində “Xəzərdən
çəhrayı planetə. Mən buradayam” adlı Azərbaycan
pavilyonuna da ziyarətçilər böyük maraq göstərirlər.
Heydər Əliyev Fondunun təşkilatçılığı,
Mədəniyyət Nazirliyinin və ölkəmizin
İtaliyadakı səfirliyinin dəstəyi ilə
qurulan pavilyonun kuratoru müasir incəsənət sahəsi
üzrə tənqidçi, professor Luka Beatrisdir.
Azərbaycan pavilyonunda Əməkdar rəssamlar
İrina Eldarova, Rəşad Ələkbərov, rəssam
Vüsalə Ağaraziyevanın əsərlərinin zəngin
palitrası vasitəsilə səfərlər, səyahətlər
və mühacirətin incəsənətə təsiri
göstərilir.
Qeyd edək ki, 88 ölkənin milli pavilyonunun
qurulduğu biennale noyabrın 24-dək davam edəcək.
Mədəniyyət.-
2024.- 31 may, ¹40.- S.1;8.