Bakıda Türk Dünyası
Ədəbiyyat və Kitab Festivalı
AMEA-nın əsas binasının önündəki
parkda bir həftə davam edən III Türk Dünyası
Ədəbiyyat və Kitab Festivalı artıq sona yaxınlaşıb
Beynəlxalq Türk Müəllifləri Birliyinin
təşkilatçılığı, Mədəniyyət
Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin
Mədəniyyət komitəsi, TÜRKSOY, Türk Mədəniyyəti
və İrsi Fondu, AMEA, Bakı Şəhər İcra
Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TİKA və
digər qurumların dəstəyi ilə gerçəkləşən
festivalın hər günü Türk dünyasından bir
ölkənin adı ilə adlandırılıb.
Mayın 24-də festivalın açılış mərasimində
çıxış edən Azərbaycan
Yazıçılar Birliyinin sədri Xalq
yazıçısı Anar Türk dünyasının
sarsılmaz birliyinə, türk dövlətləri
arasındakı əlaqələrin daha da möhkəmlənməsinə
töhfə verəcək III Türk Dünyası Ədəbiyyat
və Kitab Festivalının əhəmiyyətindən
danışıb.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Azərbaycanda
Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı,
akademik Nizami Cəfərov, Beynəlxalq Türk
Akademiyasının təmsilçisi Əbülfəz
Süleymanlı, Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi
Elçin Qafarlı, TİKA Bakı proqram koordinatoru Hayrettin
Özçelik, Türkiyənin Azərbaycandakı Səfirliyinin
əməkdaşı Muhittin Macit, Milli Məclisin Mədəniyyət
komitəsinin eksperti Əkbər Qoşalı
çıxış edərək festivalın türk
dövlətlərinin dostluğunun, birliyinin daha bir parlaq
nümunəsi olduğunu vurğulayıblar.
Onu da qeyd edək ki, festivalın ilk günü
Qırğızıstan günü idi.
Çıxışlardan sonra ədəbi-bədii
kompozisiyalar təqdim olunub.
Mayın 24-də AYBnin 90 illiyinə həsr
edilmiş panel də keçirilib. Xalq
yazıçısı Anar qurumun ötən 90 ildə
keçdiyi yola nəzər salıb.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli
bildirib ki, sovet hakimiyyətinin ən sərt illərində
belə AYB ədəbiyyatımızı, milli kimliyimizi, ana
dilimizi qorumaq üçün əsl qəhrəmanlıq nümayiş
etdirib.
AYB sədrinin müavini Elçin Hüseynbəyli,
qurumun Türkiyə təmsilçisi İmdat Avşar və
başqaları çıxış ediblər.
***
Mayın 25-də (Özbəkistan günü) Özbəkistan
ədəbiyyatı, “Sazlısözlü kəlağayı
günləri”, Xalq şairi Vaqif Səmədoğlunun (1939–2015)
85, özbək şairi Məhəmməd Yusufun (1954–2001) 70
illik yubileylərinə həsr olunmuş panel müzakirələr,
tədbirlər, konsert və şeir saatları gerçəkləşib.
Günün sonunda isə “Özbəkistanı
tanıdırıq” adlı film nümayiş etdirilib.
***
Mayın 26-da (Macarıstan günü) rəngarəng
tədbirlər təşkil edilib. Gün ərzində
Macarıstan ədəbiyyatı, “Natiqlik mədəniyyəti
– özünü ifadəetmə bacarığı”, “Ədalətəm,
xoşbəxtəm mən, Türk dünyamdı bizə vətən”,
macar şairi, yazıçısı, pedaqoqu və tərcüməçisi
Agnes Nemes Nagynin xatirəsinə həsr olunmuş “Gül dəftəri”
adlı tədbirlər keçirilib. Günün sonunda
“Budapeştə” filmi izlənilib.
***
Mayın 27-də (Qazaxıstan günü)
günün birinci yarısında “Türk xalqları”,
“Divanülüğatittürk” – 950”, “Vurğun keçdi bu
yerlərdən” adlı tədbirlər keçirilib, “Türk
dünyasında qəhrəmanlıq əsərlərinin tədqiqi
və təşviqi”, “Cəfər Cabbarlı – 125” və “Alim
şairlər” mövzularında panel müzakirələr
aparılıb.
Günün ikinci yarısında görkəmli ədəbiyyatşünas
alim, mətnşünas, şair Salman Mümtazın (1884–1941)
140 illiyi ilə bağlı panel müzakirəsi təşkil
olunub. AMEA-nın Ədəbiyyat İnstitutunun baş elmi
işçisi professor Asif Rüstəmli Salman Mümtazın
tərcümeyi-halı barədə maraqlı məlumatları
diqqətə çatdırıb, alimin Cümhuriyyət
dövrü fəaliyyəti haqqında söz açıb.
Günün sonunda Qazaxıstanın Xalq
yazıçısı Fariza Ongarsynovanın (1939–2014) xatirəsinə
həsr olunmuş “Gül dəftəri” adlı panel
müzakirəsi keçirilib, “Aykuo” filmi nümayiş
etdirilib.
***
28 May – Müstəqillik Günündə festival Azərbaycana
həsr olunub. Həmin gün Naxçıvan Muxtar
Respublikasının yaradılmasının 100 illiyi münasibətilə
panel təşkil edilib.
Panelin moderatoru Ədəbiyyat İnstitutunun baş
elmi işçisi filologiya elmləri doktoru Lütfiyə
Əsgərzadə dahi şair-dramaturq Hüseyn Cavidin
böyük qardaşı, maarif xadimi, şair Şeyx Məhəmməd
Rasizadənin (1878–1939) ömür yolundan, pedaqoji fəaliyyətindən,
yaradıcılığından söz açıb.
Yazıçı-dramaturq, jurnalist Bayram İsgəndərli
Naxçıvan bölgəsinin təbiət gözəlliklərindən,
tariximədəni zənginliklərindən və yetirdiyi
şəxsiyyətlərdən danışıb. Ədəbiyyat
İnstitutunun şöbə müdiri professor Tahirə Məmməd
naxçıvanlı alimlərin Azərbaycan ədəbiyyatşünaslığına
töhfələrindən bəhs edib.
“Mədəniyyət” qəzeti baş redaktorunun
müavini Fariz Yunisli “Naxçıvanın müasir mədəni
həyatı və media” mövzusunda fikirlərini
bölüşüb.
Şair, publisistlər İbrahim Yusifoğlu, Məmməd
Tahir, Xalidə Nuray Naxçıvana həsr olunan şeirlərini
səsləndiriblər.
Günün ikinci yarısında ilk Cümhuriyyətimizin
qurucusu Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə
həsr olunan panel müzakirəsi keçirilib.
Eyni zamanda Azərbaycan ədəbiyyatı, Nizami
adına Ədəbiyyat İnstitutunun 90 illiyi və mərhum
millət vəkili Qənirə Paşayevanın xatirəsinə
həsr olunan tədbirlər, görüş, film
nümayişi və konsert reallaşıb.
***
Mayın 29-da (Türkiyə günü) Türkiyə
ədəbiyyatı, dahi Azərbaycan şairi Məhəmməd
Füzulinin 530, Xalq şairi Hüseyn Arifi 100, türk şairi
Nigar Binti Osmanın xatirəsinə həsr olunmuş panellər,
görüş, şeir saatları, film nümayişi
keçirilib.
***
Mayın 30-da (Türkmənistan günü) “Türkmənistan
ədəbiyyatı. Dünən, bu gün, sabah”
kitabının təqdimatı olub. “Bəkir Çobanzadə
izlərində”, türkmən şairi Məhdimqulu Fəraqinin
300, 20 Yanvar şəhidi, şair Ülvi Bünyadzadənin 55
illik yubileylərinə həsr olunmuş panel və s. tədbirlər
təşkil edilib.
III Türk Dünyası Ədəbiyyat və Kitab
Festivalı mayın 31-də (Şimali Kipr günü)
başa çatacaq.
Nurəddin
Mədəniyyət.-
2024.- 31 may, ¹40.- S.1;2.