Ağdam teatrında “Gecikmiş məhəbbət”
Ağdam Dövlət Dram Teatrında
yazıçı-dramaturq Çingiz Ələsgərlinin
“Gecikmiş məhəbbət” əsərinin məşqləri
başlanıb.
Teatrın baş rejissoru Kərim Həsənovun
quruluş verdiyi tamaşanın rəssamı Qönçə
Həzizadə, musiqi tərtibatçısı Azər
Şükürov, rejissor assistenti Ceyhun Yusifovdur.
Ailə-məişət mövzulu səhnə əsərində
Əməkdar artist Aidə Qasımova, aktyorlar Elmir Hümbətov,
Nuranə Əliyeva, Xəyalə Xudadatova, Zərifə
Ağayeva, Ülviyyə Qasımova, Elman Məhərov, Qalib
Abdullazadə, Anar Əhmədov, Rüstəm Məmmədov
rol alıblar.
Tamaşa dekabr ayında teatrsevərlərə təqdim
olunacaq.
Bundan başqa, yaradıcı heyət yeni ilin ilk həftəsində
Sahib İbrahimlinin “Cənnət və cəhənnəm”
tamaşası ilə Bakıya gələcək. Tamaşa
yanvarın 7-də Akademik Milli Dram Teatrında Mədəniyyət
Nazirliyinin dəstəyi ilə həyata keçirilən
“Bölgə teatrlarının Bakı premyeraları” layihəsi
çərçivəsində göstəriləcək.
Mədəniyyət .- 2024.- 6 noyabr,¹(82).- S.4.