Qarabağ Universitetində “Dəmir
yumruq”
Şuşa Dövlət Musiqili Dram Teatrı
Qarabağ Universitetində Zəfər Günü münasibətilə
“Dəmir yumruq” adlı ədəbi-bədii kompozisiya
nümayiş etdirib.
Teatrın “Zəfər həftəsi” çərçivəsində
təqdim etdiyi səhnə işi 44 günlük Vətən
müharibəsində qazanılmış Qələbənin
dördüncü ildönümünə və şəhidlərimizin
əziz xatirəsinə həsr olunub.
Kompozisiyada Xalq artisti Şükufə Musayeva, Əməkdar
artistlər Teymur Məmmədov, Nazir Rüstəmov və digər
tanınmış aktyorların ifasında Azərbaycan və
Türkiyə şairlərinin vətənpərvərlik
mövzulu şeirləri səslənib.
Səhnə işinin ssenari müəllifi teatrın
direktoru Əməkdar artist Yadigar Muradov, quruluşçu
rejissoru Əməkdar artist Loğman Kərimovdur.
Mədəniyyət .- 2024.- 6 noyabr,¹(82).- S.4.