Festivaldan qastrola: Gəncə
kuklaçıları Almatıda və Lənkəranda
çıxış ediblər
Gəncə Dövlət Kukla Teatrı 21–25 oktyabr
tarixlərində keçirilən II Almatı Beynəlxalq
Kukla Teatrları Festivalında çıxış edib. Mədəniyyət
Nazirliyinin dəstəyi ilə səfərə gedən
kollektiv Rəsul Rzanın “Ana qaz” şeirinin motivləri əsasında
hazırlanmış eyniadlı pantomim tamaşanı göstərib.
Tamaşa festivalın xüsusi diplomuna layiq
görülüb. Səhnə əsərinin quruluş müəllifi
və musiqi tərtibatçısı Gəncə Dövlət
Kukla Teatrının baş rejissoru Şamil Məmmədli,
xoreoqrafı Əməkdar artist Fərmail Paşayev,
quruluşçu rəssamı Məhəmməd
Hacıyevdir.
Almatıdan qayıdan Gəncə
kuklaçıları Mədəniyyət Nazirliyinin təşkilatçılığı
ilə reallaşan qastrol proqramı çərçivəsində
noyabrın 1-də Lənkərana gediblər. Burada teatrın
repertuarından K.Çukovskinin “Milçək-vizilçək”
kukla tamaşası nümayiş olunub.
Balaca tamaşaçıların marağına səbəb
olan tamaşanın quruluşçu rejissoru Zülfiyyə
Əliyeva, quruluşçu rəssamı Məhəmməd
Hacıyevdir. Personajları Elmar Vəliyev, Nahidə Namazova,
Zülfiyyə Əliyeva, Nərmin Şərifova və Yeganə
Məmmədova canlandırıb.
Mədəniyyət .- 2024.- 6 noyabr,¹(82).- S.4.