Şuşada “44
gün – tarixi Zəfər” kitabının növbəti
cildinin təqdimatı
Mədəniyyət Nazirliyinin Respublika Xatirə
Kitabı Redaksiyası Şuşa şəhəri 1 nömrəli
tam orta məktəbdə “44 gün – tarixi Zəfər”
adlı kitabın III cildinin təqdimatını keçirib.
Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət
Məmmədova kitab haqqında məlumat verib. Qeyd edilib ki,
kitabın cildlərində 44 günlük Vətən
müharibəsi ilə yanaşı, 2016-cı ilin Aprel
döyüşləri və Tovuz hadisələri zamanı həlak
olanların da adları əbədiləşdirilib, onlar
haqqında ensiklopedik məlumatlar yer alıb.
Diqqətə çatdırılıb ki, “Respublika
Xatirə Kitabı”nın indiyədək 20-yə yaxın
cildi çap olunub. Kitablarda İkinci Dünya müharibəsində,
Əfqanıstan döyüşlərində, 20 Yanvar faciəsində,
Xocalı soyqırımında, Qarabağ müharibəsi
zamanı torpaqlarımızın azadlığı uğrunda
gedən döyüşlərdə həlak olmuş, itkin
düşmüş, əsir götürülmüş vətəndaşlarımız,
Milli Qəhrəmanlar haqqında materiallar dərc edilib.
Redaksiyanın “Vətən daşı... və ya 44
günün dastanı” adlı layihəsi əsasında 8 sənədli
film də çəkillib. Bu filmlərin dördü geniş
ictimaiyyətə təqdim olunub.
Mədəniyyət .- 2024.- 6 noyabr,¹(82).- S.4.