Bakı Xoreoqrafiya Akademiyasında
ustad dərsləri
Çelyabinsk Dövlət Mədəniyyət
İnstitutunun (Rusiya Federasiyası) əməkdaşı, təcrübəli
rəqs ustası Eldar Cəfərov Bakı Xoreoqrafiya Akademiyasında
(BXA) ustad dərsləri keçib.
Dərslərdə BXA-nın tələbələrinə
rəqslərdə cütlük və ya qrup şəklində
ardıcıl icra olunan interaktiv hərəkətlər izah
olunub, eyni zamanda müasir rəqslərdə tətbiq olunan
yeniliklər barədə məlumat verilib.
Qeyd edək ki, ustad dərsləri BXA və
Çelyabinsk Dövlət Mədəniyyət İnstitutu
arasında bu yaxınlarda bağlanmış memorandum əsasında
təşkil edilib.
***
BXA-da daha bir ustad dərsi hind klassik rəqsi ilə
bağlı olub. Dərsi qazaxıstanlı xoreoqraf Akmaral
Kaynazarova keçib.
Öncə A.Kaynazarova ilə BXA rəhbərliyi
arasında görüş keçirilib. Qonağa
akademiyanın təhsil pillələri, dərs prosesi, spesifik
dərslərdə tətbiq olunan yeniliklər, eləcə də
BXA-nın beynəlxalq əlaqələri
barədə məlumat verilib. Qazaxıstanlı xoreoqraf fəaliyyəti,
keçdiyi ustad dərsləri haqqında danışıb.
Ustad dərsində BXA-nın müəllimləri, tam
orta təhsil pilləsinin şagirdləri və orta ixtisas təhsili
pilləsinin tələbələri iştirak ediblər.
A.Kaynazarova şagird və tələbələrə
hind rəqslərində bədən hərəkətlərinin
dinamikliyi, dramatikliyi və s. barədə məlumat verib.
Xoreoqraf hind klassik rəqslərində boyun, göz, baş,
gövdə və digər hərəkətləri əyani
olaraq göstərib və tələbələrlə birgə
ifa edib.
Mədəniyyət .- 2024.- 6 noyabr,№(82).- S.5.