Elmi Bərpa Mərkəzinin
Rusiya institutu ilə əməkdaşlıq sazişi yenilənib
Muzey Sərvətləri və Xatirə
Əşyalarının Elmi Bərpa Mərkəzi
(MSXƏEBM) ilə Rusiyanın Bərpa üzrə Dövlət
Elmi-Tədqiqat İnstitutu (QosNİİR) arasında əməkdaşlıq
davam edir.
Elmi Bərpa Mərkəzinin direktoru Zərifə Məlikova
və direktor müavini İranə Allahverdiyeva bu əməkdaşlıq
çərçivəsində bağlanmış sazişi
yeniləmək, habelə QosNİİR-in dəvəti ilə
30-31 oktyabr tarixlərində keçirilən və institutun Dəzgah
tempera boyakarlığının elmi bərpası şöbəsinin
65 illik yubileyinə həsr olunan “XXI Lelekov mühazirələri”nə
qatılmaq üçün Moskvaya səfər ediblər.
Mərkəzlə QosNİİR arasında
qarşılıqlı mübadilə və əməkdaşlıq
barəsində saziş yenilənərək imzalanıb.
Mərkəzin direktoru Zərifə Məlikova “XXI
Lelekov mühazirələri”ndə “Ağac heykəllərin bərpasında
MSXƏEBM-in rolu” adlı təqdimatla, İranə Allahverdiyeva
isə “MSXƏEBM-də bərpa olunan ikonaların tədqiqi
problemləri” adlı məruzə ilə
çıxış ediblər.
Tədbir zamanı Rusiya Federasiyasının Əməkdar
incəsənət xadimi, Moskva şəhərinin fəxri bərpaçısı,
rəssam, akademik O.V.Yaxontun “Bədii və elmi
yaradıcılığın səhifələri”
ikicildliyinin təqdimatı olub. Kitab müəllif tərəfindən
Azərbaycan nümayəndələrinə təqdim edilib.
Mədəniyyət .- 2024.- 6 noyabr,¹(82).- S.2.