Azərbaycanlı rejissor “Listapad”
festivalının jürisində
Rejissor, prodüser, ssenarist Cavid İmamverdiyev 1–8 noyabr
tarixlərində keçirilən 30-cu Minsk Beynəlxalq
“Listapad” Kinofestivalının münsiflər heyətində
yer alıb.
Bu il “Keyfiyyət nişanlı kino” devizi altında
keçirilən festival Belarus kinosunun 100 illiyinə həsr
olunub.
Cavid İmamverdiyev festivalda “Gənclərin kinosu”
müsabiqəsinin jürisinə başçılıq
edir. Onunla birlikdə filmləri
İsveçrədən rejissor və sənədli film prodüseri
Domeniko Lukkini və belaruslu rejissor Kirill Xaletski qiymətləndirir.
Beynəlxalq festivalın bu bölümündə 11 film var.
Əsas bədii film müsabiqəsində isə 18
film təqdim edəcək. Onların arasında 2024-cü ildə
Kann Film Festivalında Qran-priyə layiq görülmüş
Hindistan rejissoru Payala Kapadianın “Bizə işıqlı
görünən hər şey” dramı var.
Festivalın proqramına həmçinin sənədli
filmlər, animasiya filmlərin nümayişi və gənc
tamaşaçılar üçün “Listapadzik” müsabiqəsi
də daxildir.
Mədəniyyət .- 2024.- 6 noyabr,¹(82).- S.5.