Qlobal iqlim dəyişmələri
mədəni irsə necə təsir edir?
Ağsu qoruğunda seminar
Mədəniyyət Nazirliyi yanında Mədəni
İrsin Qorunması, İnkişafı və Bərpası
üzrə Dövlət Xidmətinin “Orta Əsr Ağsu Şəhəri”
Dövlət Tarix-Mədəniyyət Qoruğunda
“Yaşıl dünya naminə həmrəylik ili” ilə
bağlı və COP29 çərçivəsində mədəni
irs üzrə mütəxəssis, ekoloq Gülşən
Hüseynovanın “Qlobal iqlim dəyişmələri və
onun mədəni irsə təsiri” mövzusunda seminarı
keçirilib.
Seminarda Dövlət Xidmətinin Qəbələ
Regional İdarəsinin rəisi Fariz Xəlilli, Ağsu Rayon
İcra Hakimiyyətinin əməkdaşı Kənan
Tacızadə, AMEA Arxeologiya və Antropologiya İnstitutu
Albanşünaslıq mərkəzinin rəhbəri tarix
üzrə fəlsəfə doktoru Qafar Cəbiyev və digər
qonaqlar iştirak ediblər.
Gülşən Hüseynova COP29-un Bakıda keçirilməsinin əhəmiyyəti
haqqında məlumat verib, Azərbaycanda iqlim dəyişikliyinin
təsirlərindən bəhs edib. Həmçinin Xəzərdə
suyun səviyyəsinin azalması, səhralaşma prosesi və
s. ekoloji problemlərə toxunub.
Mütəxəssis tövsiyə edib ki, qoruq ərazisində
kol bitkilərinin və qızıl boya bitkisinin əkilməsinə
ehtiyac var, modul tipli suvarma qurğularının tətbiqi
vacibdir.
Daha sonra ekoloji məsələlər ətrafında
müzakirələr aparılıb.
Mədəniyyət .- 2024.- 8 noyabr,№(83).- S.4.