BXA-da Zəfər Gününə həsr olunmuş tədbir

 

Bakı Xoreoqrafiya Akademiyasının (BXA) orta ixtisas təhsili pilləsinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə BXA-nın rəhbərliyi, müəllim-tələbə heyəti və Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu iştirak edib.

Dövlət Himni səsləndirildikdən sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Bildirilib ki, Zəfər Günü birliyimizin, iradəmizin rəmzi kimi Azərbaycan tarixinə əbədi həkk olunub. Müzəffər Ordumuz Ermənistanın işğalçı qüvvələrini məhv edərək böyük Qələbəyə imza atıb. Prezident, Ali Baş Komandan İlham Əliyevin müstəqil və milli maraqlara əsaslanan güclü siyasəti, yenilməz Ordumuz və dəmir yumruq kimi bir olan xalqımızın gücü sayəsində Azərbaycanın ərazi bütövlüyü bərpa edilib.

Tədbirdə BXA-nın orta ixtisas təhsili pilləsi tələbələrinin ifasında xalq çalğı alətlərində F.Əmirovun “Laylay”, Ü.Hacıbəylinin “Koroğlu” operasından uvertüra və “Qarabağ şikəstəsi” səsləndirilib.

Sonda igid Vətən oğullarının şanlı Zəfər zirvəsinə gedən yolunu əks etdirən videoçarx təqdim olunub.

 

Mədəniyyət .- 2024.- 8 noyabr,¹(83).- S.3.