AzMİU tələbələrinin işləri Rusiyada müsabiqədə qalib olub

 

Rusiyanın Yekaterinburq şəhərində buraxılış işlərinin XXXIII beynəlxalq baxış-müsabiqəsi keçirilib. Builki baxış-müsabiqədə 50 təhsil müəssisəsindən ümumilikdə 800-ə yaxın iş nümayiş olunub.

Müsabiqədə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq və Dizayn fakültələri tələbələrinin seçmə buraxılış işləri də yer alıb.

AzMİU-nun Dizayn fakültəsinin dekanı Fərid Kərimov, Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının baş müəllimi İlqar Əliyev universitet tələbələrinin seçilmiş buraxılış işlərini beynəlxalq münsiflər heyətinə təqdim ediblər.

Yarışmanın nəticələrinə əsasən, memarlıq ixtisası üzrə 12 iş I dərəcəli, 10 iş II dərəcəli və 2 iş III dərəcəli diplomlara layiq görülüb. Dizayn ixtisası üzrə 4 iş I dərəcəli, 3 iş II dərəcəli diplomlarla təltif olunub.

 

Mədəniyyət .- 2024.- 8 noyabr,№(83).- S.7.