Eskişehirdə “İki dövlət, bir Zəfər” adlı sərgi

 

Türkiyənin Eskişehir şəhərində Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı Zəfərin 4-cü ildönümü münasibətilə tədbir keçirilib.

“İki dövlət, bir Zəfər. Qarabağın azadlığı” adlı tədbir Eskişehir Valiliyi, Azərbaycanın Türkiyədəki Səfirliyi, Eskişehir Mədəniyyət və Turizm Müdirliyi, Türk Dünyası Vəqfi və Eskişehir Azərbaycanlılar Dərnəyinin birgə təşkilatçılığı ilə ərsəyə gəlib.

Tədbirə Eskişehir valisi Hüseyin Aksoy, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, hərbi attaşe, Vətən Müharibəsi Qəhrəmanı general-mayor Zaur Zeynalov, Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın və digər qonaqlar qatılıb.

Səfir Rəşad Məmmədov çıxış edib.

Sonra “İki dövlət, bir Zəfər. Qarabağın azadlığı” mövzusunda sərginin açılışı olub. Sərgidə Qarabağın azadlığı və şanlı Zəfərimizin rəmzlərinin fotoşəkilləri yer alır.

 

Mədəniyyət .- 2024.- 8 noyabr,№(83).- S.8.