Xaçmazdakı Şəxsiyyətlər
Muzeyində yenidənqurma işləri
Xaçmaz şəhərində açıq səma
altında yaradılan Şəxsiyyətlər Muzeyində
yenidənqurma işlərinə başlanılıb.
Əraziyə tamet daşları döşənəcək,
yeni işıqlandırma sistemi qurulacaq, dekorativ ağaclar əkiləcək.
Bundan başqa, parkın ərazisindən keçən, Heydər
Əliyev və Nəriman Nərimanov küçələrini
birləşdirən yolun yenidən açılaraq sakinlərin
istifadəsinə verilməsi nəzərdə tutulub.
Xaçmaz sakinlərinin və şəhərə gələn
qonaqların maraq göstərdiyi məkanlardan olan Şəxsiyyətlər
Muzeyi 2006-cı ildə yaradılıb. 2013-cü ildə sahəsi
genişləndirilərək 2 hektara
çatdırılıb. Ərazidə yerləşən
Tarix-Diyarşünaslıq Muzeyinin ön tərəfinə Azərbaycanın
tanınmış dahi şəxsiyyətlərinin – Məhsəti
Gəncəvi, Nizami Gəncəvi, Nəsrəddin Tusi,
İmadəddin Nəsimi, Məhəmməd Füzuli,
Xurşidbanu Natəvan və Hüseyn Cavidin heykəlləri
qoyulub.
Mədəniyyət .- 2024.- 15 noyabr,№(84-85).- S.4.