“Xeyir xəbər” Naxçıvana da gedib çıxıb

 

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında Əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Əli Əmirlinin “Xeyir xəbər” dramına yeni səhnə həyatı verilib.

Tamaşa teatrın direktor əvəzi, baş rejissor Qabil Əkbərovun quruluşunda ərsəyə gəlib. Səhnə tərtibatçısı Naxçıvan MR-in Əməkdar rəssamı Səyyad Bayramov, musiqi tərtibatçısı İbrahim Əliyevdir.

44 günlük Vətən müharibəsində qəhrəman oğulların şücaətindən bəhs edən tamaşada əsas rolları Əməkdar artistlər Vidadi Rəcəbli, Nazlı Hüseynquliyeva, gənc aktyorlar İsmayıl Mirzəcanov və Ləman Vəliyeva oynayırlar.

Kulminasiyasında özünün azad və abad dövrünü yaşayan Qarabağ, Şuşa təsvir olunan səhnə işi tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

 

Mədəniyyət .- 2024.- 15 noyabr,¹(84-85).- S.3.