Lənkəran teatrının
“Prokuror”u Şirvana gəlib
Lənkəran Dövlət Dram Teatrı “Prokuror”
tamaşasını Şirvan şəhərində
nümayiş etdirib.
Şirvan şəhər Folklor evində göstərilən
səhnə işini Şirvanın icra
başçısı İlqar Abbasov, Şirvan-Salyan
RMİ-nin rəisi Şahin Şahbazov, idarə və müəssisələrin
rəhbərləri və ictimaiyyət nümayəndələri
izləyiblər.
Əməkdar incəsənət xadimi,
yazıçı-dramaturq Məmmədhüseyn Əliyevin
pyesi əsasında hazırlanan tamaşada gənc
hüquqşünas Şöhrət Poladovun ucqar bir rayonun
prokuroru kimi üzərinə düşən vəzifənin
öhdəsindən ləyaqətlə gələrək cinayətkar
dəstəni zərərsizləşdirməsindən bəhs
olunur.
Tamaşanın quruluşçu rejissorları Əməkdar
incəsənət xadimi Oruc Qurbanov və Anar Babalı,
quruluşçu rəssamı Fuad Babazadə, musiqi tərtibatçısı
isə Miranda Qurbanovadır. Səhnə əsərində
rolları Sücəddin Mirzəyev, Qızılgül
Quliyeva, Allahverən Babayev, Saleh Əzimzadə, Hikmət Cəfərov,
Şəbnəm Hüseynova, Əlirza Şahbazi, Vəfa
Hacızadə, Teymur Hacızadə, Elvin Məmmədov və
başqaları canlandırıb.
Mədəniyyət .- 2024.- 20 noyabr,¹(86).- S.4.