Mingəçevir səhnəsində
“Herostratı unudun”
Mingəçevir Dövlət Dram Teatrında rus
dramaturqu Qriqori Qorinin “Herostratı unudun” pyesinin məşqlərinə
başlanılıb. Tamaşa Akademik Rus Dram Teatrının
rejissoru Emin Mirabdullayevin (dəvətli)
quruluşunda hazırlanır.
İlin sonunadək premyerası nəzərdə
tutulan səhnə əsərində rolları Xalq artisti Ella Yaqubova,
aktyorlar Elvin Əkbər, Nargilə Abdullayeva, Lalə
Abuşova, Paşa Salmanov, Asim Əmirov, Amil Fərzəliyev,
Turqut Məsimli, Vüsalə Quliyeva oynayırlar.
“Herostratı unudun”
tragikomediyasının süjetinin əsasında qədim Efes
şəhərində dünyanın 7 möcüzəsindən
biri hesab edilən Artemida məbədinin eramızdan əvvəl
356-cı ildə Herostrat adlı bazar alverçisi tərəfindən
yandırılması hekayəsi dayanır.
Məşhur əsərin yeni səhnə yozumu
haqqında danışan rejissor E.Mirabdullayev əsərdəki
mövzunun daim aktual olduğunu və quruluşda həmin məqamları
önə çıxaracağını deyib: “Ümid edirəm
ki, səhnə işimiz mövzuya yeni rakursdan baxmağa
kömək edəcək”.
Mədəniyyət .- 2024.- 20 noyabr,¹(86).- S.4.