“Qadınlar
danışarsa” – Gəncə teatrında premyera
Gəncə Dövlət Milli Dram Teatrında türk
dramaturqu Birgül Gülər Yaşıloğlunun
“Qadınlar danışarsa” pyesi əsasında hazırlanan
eyniadlı tamaşanın premyerası olub.
Teatrın baş rejissoru Elşad Əhmədovun
quruluş verdiyi tamaşada Xalq artisti Pərvanə Qurbanova,
Əməkdar artist Kəmalə Məmmədova və digər
aktrisalar rol alıb. Səhnə əsəri maraqla
qarşılanıb.
Qeyd edək ki, ilin sonunadək Gəncə
teatrının səhnəsində N.Vəzirovun
“Yağışdan çıxdıq, yağmura
düşdük” komediyasının, eləcə də
türkiyəli müəllif Toyqun Orbayın “İnsan
oğlunun şərəfinə” əsərinin
tamaşaları təqdim olunacaq.
Mədəniyyət .- 2024.- 20 noyabr,¹(86).- S.4.